Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb

 
AMEA Mərkəzi Elmi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində yeni şöbə - Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli şöbədə yaradılmış şəraitlə yaxından tanış olub. Kitabxana rəhbərliyi ilə görüş keçirən akademik İsa Həbibbəyli Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu qeyd edərək, Heydər Əliyev irsini gələcək nəsillərə ötürməyi hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb: “Məhz bu məqsədlə Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” şöbəsi fəaliyyətə başlamışdır. Bu şöbənin başlıca məqsədi böyük dühanın xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət sayılan irsini toplamaq, elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir. Xoş bir təsadüfdür ki, şöbənin açılışı Milli Qurtuluş Gününü bayram etdiyimiz bir ərəfəyə düşdü”.

Dünyanın siyasi tarixində ən önəmli yer tutan böyük azərbaycanlı Heydər Əliyevin qoyduğu ənənələri, siyasi inkişaf yolunu ləyaqətlə davam etdirən İlham Əliyev, bu yolda ona mənəvi dəstək olan Mehriban xanım Əliyeva da bu əvəzsiz irsin mənəvi varisləridir. Xalqımız bu irsə məhəbbətlə yanaşır və göz bəbəyi kimi qoruyur. MEK bundan sonrakı fəaliyyətində də Heydər Əliyev irsinin təbliğində əlindən gələni edəcəkdir – deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova çıxış edərək Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin gələcək fəaliyyət planı haqqında məlumat verib və gələcəkdə bu istiqamətdə şöbədə mütəmadi olaraq tədbirlərin keçiriləcəyini vurğulayıb. S.Zülfüqarova həmçinin Ulu öndər Heydər Əliyevin təhsilə, mədəniyyətə, elmə, kitabxanalara qayğısından da söz açıb.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi


Tarix: 12-06-2020, 13:44

Xəbəri paylaş