Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə Çinin Şimal-Şərqi Neft Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

 Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Şimal-şərqi Neft Universitetinin rektoru, professor Jiang Minghunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamladıqdan sonra professor Mustafa Babanlı universitetdə tədris olunan ixtisaslar, MBA proqramları, beynəlxlalq əməkdaşlıq əlaqələri və ikili diplom proqramları haqqında ətraflı məlumat verib. Çin universitetləri ilə genişmiqyaslı və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən professor M.Babanlı ikili diplom proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Dəvət üçün professor Mustafa Babanlıya təşəkkürünü bildirən Çinin Şimal-Şərqi Neft Universitetinin rektoru, professor J.Minghu təmsil etdiyi universitet haqqında ümumi məlumat verərək ADNSU ilə sıx və davamlı əməkdşlıq üçün hər cür imkanlarının olduğunu vurğulayıb. Təmsil etdiyi universitetdə də ADNSU-da olduğu kimi, əsas aparııcı sahələrin neft və kimya ixtisasları üzrə olduğunu deyən J.Minghu həmin ixtisaslar üzrə tələbə mübadiləsinin hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra qonaqlar ADNSU-nun tarix muzeyində olublar.


Tarix: 6-12-2019, 17:25

Xəbəri paylaş