Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında

                         





                                                     
                               Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2022-ci il

 
                                                 Azərbaycan Respublikası Prezidentinin
                                                 2022-ci il 16 may tarixli
                                                 Sərəncamına əlavə
 
 Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
 

Sıra №-siTədbirin adıAyrılan vəsait
(min manatla)
İcra müddəti
1.Astara rayonunun Diqo kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285,02022
2.Bərdə rayonunun Qaratəpə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması207,02022
3. Biləsuvar rayonunun Əmənkənd kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285,02022
4. Cəlilabad rayonunun Vənlik kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması354,02022
5. Cəlilabad rayonunun Söyüdlü kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması382,02022
6. Cəlilabad rayonunun Həsənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması354,02022
7. Xaçmaz rayonunun Mollabürhanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması382,02022
8. İsmayıllı rayonunun Çəmənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması354,02022
9. İsmayıllı rayonunun Zərnava kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması354,02022
10. Quba rayonunun Qələdüz kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması424,02022
11. Lerik rayonunun Kəlvəz kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması285,02022
12. Lerik rayonunun Anburdərə kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285,02022
13. Neftçala rayonunun  F.Mayılov adına Şorkənd kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması382,02022
14. Sabirabad rayonunun Güdəcühür kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması285,02022
15. Şamaxı rayonunun Çöl Göylər kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması382,02022
 Cəmi:5.000,0 
 
 



Tarix: 16-05-2022, 17:07

Xəbəri paylaş