Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tədris prosesində kompetensiya tələbləri


 
 
Şahrza Ağayev, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
 E-mail:  [email protected]    
 
Müasir tədrisin əsas anlayışlarından olan kompetensiya  özündə bir çox müsbət keyfiyyətləri birləşdirir. Kompetensiya latın sözündəndir. “Kompetentia”kimi  olub, dilimizdə: bacarıq, səriştə, qabiliyyət; mühakimə etməyə səlahiyyətli; danışmağa hüququ olmaq mənalarını verir.
Kompetentlik müəllim şəxsiyyətinin inteqral keyfiyətidir. Hər bir zamanın öz tələbindən irəli gələn bacarıqlar müəyyən olunur. Yaşadığımız qlobal rəqəmsal dünyada XXI əsrin Avropa müəlliminin kompetentliyinə daxildir: savadlıq; yaradıcı təfəkkür; ünsiyyət; nəticəlik.
 Savadlıq
:yeni pedaqoji texnologilardan və İKT istifadə bacarığı;
şagirdlərə öyrənməyi öyrətmək bacarığı;alınan biliyin həyatı biliklərə cevirmə bacarığı və s.
Yaradıcı təfəkkür:bilikləri bir-biri ilə uzlaşdıraraq yeni bir bilik yaratma bacarığı.
Ünsiyyət: sosial biliklərə əsaslanaraq müəlim–şagird, şagird-şagird, şagird-müəllim-valideyn ünsiyyətinin qurma bacarığı.
Nəticəlik: hər bir görülən işin, aparılan dərsin nəticəsi olması.
 
Bu deyilənlərin uğurla həyata keçirilməsində səriştə əsaslı təhsil mühüm rol oynayır. Səriştə biliyə əsaslanır, bacarıq və qabiliyyətin məcmusu kimi qiymətləndirilir. Səriştə əsaslı təhsildə nəzəriyyə praktika ilə birləşdirilir. Elmi-nəzəri biliklər əməli fəaliyyətdə tətbiq edilir. Səriştə konkret fəaliyyət nəticəsində əldə edilir, peşəkar fəaliyyət üçün başlıca meyardır. Səriştə əsaslı təhsil müasir dünyada geniş yayılmış ömürboyu təhsil üçün də vacib sayılır.
Təhsil prosesində kompetensiya dedikdə nə başa düşülür? Problemə münasibət bildirən elm adamları suala belə aydınlıq gətirirlər: Bilik və bacarıqlar əsasında qazanılan dəyər;təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi; situasiyadan irəli gələn tələblərə cavab vermək üçün bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətləri fəaliyyət meyarlarına müvafiq şəkildə tətbiq etmək; idrak prosesində həyata keçirilən fəaliyyət. Analitik təhlildən aydın olur ki, kompetensiya anlayışı özündə  vəziyyətdən irəli gələn və qarşında duran hər hansı konkret məsələni həyata keçirmək üçün sərf etdiyi bacarıqlardır.Demək kompetensiya müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik,bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin toplusudur. Məsələn, öyrənən texnologiyadan dərsi qavraması üçün mütləq bilikdən əlavə, müvafiq bacarıqlara da ehtiyacı var. Texnologiya fənnindən məzmun standartının bilik və fəaliyyətə ayrılamsına aid nümunə ilə fikrimizi əsaslandıra bilərik. 
 1.1. Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını (bilik) nümayiş etdirir (fəaliyyət). 
1.2. Emal prosesinə hazırlıq işlərini(bilik) yerinə yetirir(fəaliyyət). 
Kompetensiya anlayışı bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyət
 kimi açar sözləri birləşdirir. Kompetensiyanın formalaşması üçün şagird müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir. Bu şagirddən fəal,yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır. Bu isə şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir. Müəllim bələdçi kimi əsas və alt standartlara uyğun bilik və bacarıqların qazanılmasında şagirdləri tədqiqatçı kimi inkişaf etdirməyə çalışmalıdır. Dəyişməz qalan: emal texnologiyaları; texnika elementləri; məişət mədəniyyəti;qrafika məzmun xətlərinin əsasında mözunun izahı təmin olunmalıdır. Araşdırmadan aydın olur ki, mövzuların tədrisində ən azı iki  və ən çoxu ondan çox alt standart məqsədlərin reallaşmasında  tələb olunur. Bu prosesdə məzmun xətlərin iştirakına müəllim diqqət göstərməlidir. Elmi-metodik baxımından kurikulumun tələbləri öz həllini tədrisdə tapmalıdır. İki cəhətdən mövzunun tədrisi əhəmiyyət daşıyır: dərsəqədər  və  dərsin mərhələr üzrə gedişi. Dərsin mövzusu təlim məqsədini uyğunlaşdırılan alt standartların ardıcıl olaraq bilik və bacarıqların iştirakçılar tərəfindən  idrak fəallığı ilə dərk olunması reallaşır.
Məsələn:
 Mövzu: Özünəxidmət və sanitariya-gigiyena qaydaları. 
 Alt standart: 3.1.1.; 1.3.5.
Məqsəd: Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə şə­kildə şərh edir;Gigiyena qaydalarına əməl edir.
İnteqrasiya: A-d. 1.2.1., 1.2.3.
Dərsin tipi: İnduktiv.
İş forması: Cütlərlə iş, böyük qruplarda iş. 
İş üsulları: Müzakirə, beyin həmləsi.
Resurslar: Özünəxidmət və sanitariya-gigiyena qaydalarına aid şəkillər.
Dərsin mərhələlər üzrə gedişi:
I- Motivasiya, problemin qoyuluşu:
Müəllim şagirdlərə sual verir. Özünəxidmət və sanitariya-gigiyena qaydaları dedikdə nə başa düşürsünüz? Müxtəlif fərziyyələr söylənilir.
Tədqiqat sualı: Özünəxidmət və sanitariya-gigiyena qaydaları hansılardır?
Müəllim qeyd edir ki, hər bir insan özünə xidməti və sanitariya-gigiyena qaydala­rına əməl etməyi bacarmalıdır. Özünəxidmət və sanitariya-gigiyena qaydaları ilə bağlı şəkil­ləri lövhədən asaraq, şagirdlərə izah edir.
Qeyd edir ki, özünəxidmət və sanitariya-gigiyena qaydaları dedikdə, ilk növbədə, səhər yuxudan qalxdıqdan sonra sağlamlığı qorumaq üçün fiziki tərbiyə ilə məşğul olmaq, öz yataq otağını və yatağını səliqəyə salmaq, əl-üzünü və dişlərini yumaq, səhər yeməyini yedikdən sonra masanı yığışdırmaq, məktəbə getmək üçün geyinmək və xarici görünüşünü qaydaya salmaq nəzərdə tutulur. Əgər yuxarıda deyilənlərə əməl etsəniz, özünüzə və yaxınlarınıza qayğı göstərmiş, təmizliyə riayət etmiş və sağlamlığınızı qorumuş olarsınız.
II-Tədqiqatın aparılması:Müəllim şagirdləri cütlərə bölür.
Tapşırıq 1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirləri sadə şəkil­də şərh edin. Cütlər tapşırığı icra edirlər.
III- Məlumatın mübadiləsi.Müəllim qrupların təqdimatını dinləyir. Qruplar təqdimat edirlər.
IV- Məlumatın müzakirəsi və təşkili:Şagirdlərin fikirlərini sistemləşdirir və müzakirəni təşkil edir.
Müzakirə sualları:
1.Özünəxidmət qaydaları hansılardır? 
2. Sanitariya-gigiyena qaydaları hansılardır? (Şa­girdlər müəllimin dərsdə dedikləri əsasında suallara cavab verirlər.) 
3. Siz bu deyilənlərə necə əməl edirsiniz? (Müxtəlif cavablar verirlər.)
V- Nəticələr və ümumiləşdirmə:Müəllim şagirdlərin cavablarını ümumiləşdirərək qeyd edir ki, hər bir insan sadalanan özünəxidmət və sanitariya-gigiyena qaydalarına əməl etməlidir.
VI - Qiymətləndirmə:Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.
Ev tapşırığı: Hər gün gigiyena qaydalarına əməl edin.
Özünəxidmət və sanitariya-gigiyena qaydaları mövzusu üçün ardıcıl olaraq: 3.1.1.; 1.3.5. alt-standartlar  izah olunmalıdır.   Məişət mədəniyyəti  üzrə:   3.1.1. Özünəxidmət və sanitariyya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir; və  emal texnologiyaları: 1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir;kimi bilik-bacarıqlar təsbit olunmalıdır. Özünəxidmət və sanitariya-gigiyena     qaydaları  mövzusunun tədrisində  yalnız  “məşət mədəniyyəti” məzmun xəttin iki alt standartı iştirak edir. Təhsil prosesində “Özünəxidmət və sanitariya-gigiyena qaydaları”mövzusunun standarta müvafiq mənimsədiməsi kompetensiya  tələblərin həlli ilə nəticələnir.Bu işdə müasir  müəllimin savadlılığının, yeni pedaqoji texnalogiyalardan istifadə etmək, iki tərəfli ünsiyyətini səmərəli formada qura bilmək bacarığının olması ön planda durur.
Kompetensiyanın tərkibinə aid olan elementləri haqqında müəllim təhlil və tərkib baxımından fərqləndirmə aparmağı bacarmalıdır.
Bilik- bacarığı formalaşdırmaq üçün öyrənənin özü və onu əhatə edən aləmin amilləri haqqında aldığı informasiyadır. 
Bacarıq- bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş öyrənənin işgörmə qabiliyyətidir.Hər işdə bacarıq lazımdır.Müdriklər yaxşı deyiblər:”Göz görmək ağıl başa düşmək üçündür”.Bilik olmasa  öyrənən bacarığını formalaşdıra bilməz.Bacarıq öyrənəndə əmək vərdişlərini formalaşdırır onu müstəqilliyə və yaradıcılığa alışdırır.Deməli,bacarıq biliyin məqsədyönlü formada həyata keşirir.Tədris olunan fənlər üzrə dərslər kurikulumda bilik və bacarıqlar səviyyəsində öyrənilməsi həmin zərurətdəndir. 
Vərdiş - öyrənənin təlim prosesində qazandığı biliyin bacarığa çevrilməsi prosesinin intensivləşdirilməsidir. Hər hansı bir bacarığı dəfələrlə təkrarlayan öyrənən onu vərdişə çevirmiş olur. 
Dəyər-insanın özünün fiziki və mənəvi varlığını qoruyub saxlaması,onun arzu və təlabatlarının ödənilməsi üçün yaşadığı cəmiyyətin və mühütün qəbul etdiyi ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Öyrənənin nailiyyəti  bilik, bacarıq və vərdiş əsasında əldə olunub formalaşan dəyərlər sisteminə aiddir.
Keyfiyyət-insanın vətənpərvərlik,demokratiklik,humanistlik kimi keyfiyyətləri 
özündə cəmləşdirməsidir.Onun yoldaşına kömək ,böyüklərinə hörmət etməsi,səbrli və qətiyyətli olması, cəsarətliliyi,özünü ələ ala bilməsi,inamı,xeyirxahlığı,məsuliyyətliliyi,intizamlılığı, işgüzarlığı,mərdliyi 
kimi keyfiyyətləri özündə birləşdirməsi kompetensiyanı formalaşdıran mühüm prinsiplərdəndir.
Öyrənənlər  üçün real işlərin görülməsi,tədris materialının onlar  tərəfindən
 əsaslı dərk olunmasının təşkil edilməsi, müəllimin rəhbərliyi ilə müəyyən əqli nəticələr çıxarmasına səbəb olur. Bütün bunlar öyrənənlərdə kompetensiyaların intensiv şəkildə formalaşmasına kömək edir.Nəticədə onlar idrak əməliyyatlarında müqayisə,təhlilə,ümumiləşdirməyə,mücərrədləşdirməyə daha çox müraciət etməli olurlar.
Peşəkar və səriştəli müəllim kompetensiya tələblərin həlli baxımından digər həmixtisaslarından fərqli olaraq  aşağıdakı keyfiyyətlərə malik olmalıdır:Peşəkar və səriştəli müəllim bütün varlığı ilə öz peşəsinə bağlanan, işini sevən, tədris etdiyi fənnini dərindən və hərtərəfli bilən mütəxəssisdir; pedaqoji  proseslərə səriştəliliklə yanaşır, mürəkkəb  problemləri ustalıqla həll edir; Daim yeniliklər axtarması, pedaqoji prosesə yaradıcı yanaşmaları, peşəkarlığı daha da dərinləşdirməyə və  axtarışda olmağa meyilli olur; Planlaşdırdığı işlərin nəticələrini əvvəlcədən görə bilən,  gələcəyi düşünən, şagirdlərə nikbin yanaşan, onların problemlərinə laqeyd qalmayan və   övladları kimi münasibət bəsləyəndir; Dərs dediyi şagirdlərə dəyər verir, onları şəxsiyyət kimi qəbul edir; Nitqi, davranışı, mimikası, təsirlidir, verbal və qeyri-verbal ünsiyyət tərzləri bir-birini tamamlayır. 
Kompetensiya = bilik+bacarıq+vərdiş+dəyər +keyfiyyət:  bərabərliyi ilə formula etmək olar. Ümumiyyətlə kompetensiyanın formalaşması üçün öyrənən  müəllimin qoyduğu suallara cavab tapmağı texnoloji ardıcıllıqla nail olmalıdır. 
Bu öyrənəndən  təlim  məşğələlərinə hazırlığı üçün fəal,yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı səriştəsini tələb edir.Məsələn, müəllim texnologiyadan dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır.  Öyrənən dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə təhrik  olunur. “Texnologiya və onun tədrisi metodikası” fənni üzrə kompetensiyalarını mənimsəyən hər bir öyrənən:müasir istehsalatın ümumi elmi əsasları ilə tanış olur;ən geniş yayılmış alət və avadanlıqlarla rəftar etmək bacarığı əldə edir;əmək vərdişlərinin yaradılması üçün zəmin yaradır;tədris prosesində mənimsəmiş olduğu nəzəri bilikləri praktik fəaliyyətdə tətbiq edir;müxtəlif materialların emal texnologiyaları prosesində praktik bacarıqlara yiyələnir, məmulatları hazırlayarkən yaradıcı fəaliyyətini inkişaf etdirir; konstruksiyaetmə və modelləşdirmə qabiliyyətlərini üzə çıxarır; texnologiyaların öyrənilməsi prosesində yaradıcı təfəkkürü inkişaf etdirir; fantaziyaları formalaşdırır və estetik dünyagörüşünü genişləndirir;müasir təlim metodlarını texnologiyaların öyrədilməsinə tətbiq edir;nəzəri və praktik məşğələlərə aid bilik və bacarıqlara yiyələnir, məşğələləri düzgün təşkil edir, əyani vəsaitləri seçir; texnologiya fənni üzrə maddi-texniki baza, onun planlaşdırılması, məzmunu haqqında dəqiq təsəvvürə malik olur;məktəbdə və məktəbdənxaric məşğələlərdə şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onların ictimai faydalı və məhsuldar əməyini düzgün təşkil etməyi bacarır. Nəticə olaraq demək istəyirik ki, tədris prosesində kompetensiya tələblərin həlli ilə bağlı aparılan nəzəri və praktik təhlillər səriştə əsaslı təhsili vacib sayır.
 


Tarix: 23-11-2022, 00:04

Xəbəri paylaş