Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dil və mədəniyyət







 Məlum olduğu kimi, mədəniyyətin öyrənilməsinin xarici dilin tədrisinə daxil edilməsi heç də az əhəmiyyət kəsb etmir, çünki bu, kommunikativ  səriştə bacarıqlarının mövcudluğunu təmin etməklə tədris prosesini asanlaşdırır. Kommunikativ səriştə, şagirdin ideologiyalarına uyğun olmadığı və ya fərqli mədəniyyətləri tənqidi şəkildə başa düşməsidir. Şagird bu anlayışa fərqli və mənsub olduğu mədəniyyətləri qarşılıqlı müqayisə etməklə nail olur. 
Şagirdlər, xüsusilə fərqli mədəniyyətdən olan insanlarla birbaşa ünsiyyətdə olduqda  mədəniyyətlərarası qarşılıqlı ünsiyyət bacarıqlarına yiyələnirlər. Bu fərqli mədəniyyətlərdəki dəyişikliklərdən yaranan sərhədlərin pozulması nəticəsində qarşılıqlı ünsiyyət  zamanı yarana biləcək qarşıdurmanı minimuma endirmək üçün vacibdir.  Məsələn, Qərb mədəniyyətli insanlarla ünsiyyət qurarkən yaş, ailə vəziyyəti və əməkhaqqı ilə bağlı suallar verməkdən çəkinmək lazımdır, çünki onlar bu cür sualları şəxsi hesab edirlər və bəzi hallarda utandırıcı ola bilərlər.
Dil və mədəniyyət eyni zamanda, şagirdin şəxsi təcrübəsinə əsaslanan mədəni şüurun inkişafına kömək edir. Bu da, fərqli mədəniyyətin milli mədəniyyətlə müqayisədə qazandığı düşüncə, davranış və hərəkətlərə təsir edir. 
Dil və mədəniyyət həmçinin öyrənməni və çalışmanı təşviq edir. Dil, ideologiyaların ötürüldüyü mədəniyyətin bir hissəsidir. Digər tərəfdən mədəniyyət dilə birbaşa təsir edir. Belə ki, şagirdin ana dilini birbaşa öyrəndiyi dilə ötürməsi nəticəsində  mənfi transfer adlanan  müdaxilə baş verir. Şagird müəyyən bir sosial kontekstdə dili düzgün tətbiq edə bilir. Şagirdin xarici mədəniyyəti daha asan başa düşməsini təmin etmək üçün o, xarici dilin sosial-mədəni aspektini əks etdirən kitabları, ədəbiyyatları oxumalı və filmlərə baxmalıdır.
Xarici dil gündəlik fəaliyyətləri əhatə edən həmin dilin mədəniyyəti haqqında faktlar və məlumatlara yiyələnmək üçün lazım olan bilikləri əldə etməyə imkan verir. Dil dərsləri bəzən üç əsas amilə bölünür: öyrənməyi  hədəflədiyiniz dilin mədəniyyəti; milli mədəniyyət və bütün dünyada insanların mədəniyyətlərini təmsil edən beynəlxalq mədəniyyət. 
Dil və kommunikasiya öyrənənə mədəni cəhətdən məqbul şəkildə yazmağa və danışmağa imkan verir. Şagirdin dili düzgün başa düşməsi üçün əvvəlcə öyrənmək istədiyi xarici dilin mədəniyyətini anlamalıdır. Çünki mənsub olunan mədəniyyətlə hədəf mədəniyyət uyğun olmaya bilər. Buna baxmayaraq, şagird bu cür biliklərə malik olduqda, bu, onu dözümlü edir və iki mədəniyyətlə münaqişəyə girmədən vəziyyətin öhdəsindən gəlir. Kommunikasiya öz mədəniyyətindən fərqli bir mədəniyyət öyrənmək  istəyən hər kəs üçün vacibdir.
Xarici dilin öyrənilməsi və tədrisi beynəlxalq əməkdaşlıq üçün vacibdir. Ölkədən ölkəyə dəyişən müəyyən bir mədəniyyətin unikallığını vurğulamaq üçün dil vacibdir. Bu,  yalnız bir xalqın dilini bildiyiniz və onun özünəməxsusluğuna riayət etdiyiniz təqdirdə əldə edilə bilən mənsubiyyət hissini təbliğ edir. Xarici dil öyrənənlər kitab, jurnal və ədəbiyyat kimi müxtəlif ilkin məlumat mənbələrinə mümkün qədər çox giriş əldə etməyə çalışmalı, həmçinin hədəf mədəniyyət haqqında ilk əldən məlumat almaq  üçün filmlər izləməlidirlər. Bu da mənfi transferin azalması üçün vacibdir.
Xarici dil öyrənməyi planlaşdıran şagirdlərə  öyrənmə prosesini asanlaşdırmaq üçün mədəniyyət dərslərinin verilməsi vacibdir. Mədəniyyət aspektləri ilə dil arasında sıx bir əlaqə vardır. Birincisi, bir xalq mədəniyyətin əhəmiyyətli bir hissəsini təşkil edir və mədəniyyətin bir fərddən digərinə ötürülməsi vasitəsidir. Mədəniyyət olmadan dil yoxdur və mədəniyyət ötürülməsi də dil olmadan baş verə bilməz. Bir element kənarda qalsa, ikisi bir-birini tamamladığı üçün digərinin əhəmiyyətini itirmək riski yüksəkdir.

Tavat MURADLI,
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi


Tarix: 5-01-2022, 16:58

Xəbəri paylaş