Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

 
“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli 3299 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 10 may 2018-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsinin müdiri vəzifəsini icra edən, sektor müdiri Elvin Məmmədov əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
11 yanvar 2018-ci il


Tarix: 14-02-2018, 10:56

Xəbəri paylaş