Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elektron dərslik portalı xüsusi mükafata layiq görülüb

“Milli Net-2017” Milli İnternet Mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyinin elektron dərslik portalı (www.e-derslik.edu.az) “Milli Net-2017” Elektron Resurslar Müsabiqəsinin qalibi olub. Portal ilin ən yaxşı “Təhsil və elm” nominasiyası üzrə bütün nominantları üstələyərək müsabiqənin buta mükafatını əldə edib.
Artıq 9-cu dəfə keçirilən Milli Net elektron resurslar müsabiqəsinə bu il 18 nominasiya üzrə 392 internet resurs təqdim olunub və onlardan yalnız 291 resurs yarışmaya buraxılıb. Həmin resurslardan 96-sı əsas mükafat uğrunda yarışmaq üçün nominant olaraq seçilib.
Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2014-cü ildə elektron dərslik portalını istifadəyə verib. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiy­yatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib. Portaldan daha rahat istifa­də üçün qeydiyyatdan keç­məklə bağlı izahlı video da əlavə edilib.
2017-ci ildə portala 59 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Hazırda 199 elekron dərslik, 22 müəllim metodik vəsait və 2 sinifdənxaric oxu ədəbiyyatı olmaqla portalda 223 ədəd elektron kitab yerləşdirilib. Dərsliklər Azərbaycan və rus bölməsi üzrə I-X siniflər üzrə sıralanıb.
  Portal yarandığı gündən bu vaxta qədər 2.500.000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə bu rəqəm 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 172.143 nəfərdir.


Tarix: 15-01-2018, 12:06

Xəbəri paylaş