Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fəaliyyət Planının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyi                         Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
“08” fevral 2017-ci il                                                  Dövlət Komitəsi “01” fevral 2017-ci il                                  

 № 87                                                                                     № 12  

Fəaliyyət Planının təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkə gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini və “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.5-ci bəndini rəhbər tutaraq


 

 ƏMR EDİRİK:


 

 1. “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

 2. Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin və Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə 2017-ci ilin iyun və dekabr aylarında Təhsil Nazirliyinə və Dövlət Komitəsinə hesabat göndərsinlər.

 3. Təhsil Nazirliyi və Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri Fəaliyyət Planının yerinə yetirilməsində müvafiq yerli orqanlara və təhsil müəssisələrinə təşkilati-pedaqoji köməklik göstərsinlər.

 4. Əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunması, Təhsil Nazirliyi və Dövlət Komitəsinin saytında yerləşdirilməsi (Elnur Əliyev, Yaqut Əliyeva) təmin edilsin.

 5. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılova həvalə olunsun.


Mikayıl Cabbarov,                                               Mübariz Qurbanlı,
Azərbaycan Respublikasının təhsil naziri                    Dini Qurumlarla İş üzrə 

                                                                   Dövlət Komitəsinin sədri


Tarix: 14-03-2017, 09:28

Xəbəri paylaş