Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texniki Universiteti Rumıniyanın ali məktəbləri ilə əlaqələri genişləndirir

 

Oktyabrın 9-da Rumıniyanın Babeş-Bolyai Universitetinin alimləri İonut Traian Luka, Ramona Onciu Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki universitetin son nailiyyətlərindən, beynəlxalq əlaqələrinin inkişafından bəhs olunub. Həmçinin elmi-tədqiqat, müəllim-tələbə mübadiləsi istiqamətində həyata keçirilən “ERASMUS+” layihəsi çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər müzakirə edilib.
Təmsil etdikləri ali məktəb haqqında məlumat verən qonaqlar Rumıniya gənclərinin AzTU-da təhsil almaqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonra rumıniyalı alimlər AzTU-nun Heydər Əliyev Mərkəzi, laboratoriyaları, auditoriyaları və im­tahan otaqları ilə tanış olublar.


Tarix: 14-11-2017, 10:11

Xəbəri paylaş