Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rektor Mustafa Babanlı: Azərbaycanda müəllim əməyinə yüksək qiymət verilir

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı dövlətimizin başçısının təhsil sahəsinə daim böyük qayğı göstərdiyini, ölkəmizdə müəllim əməyinə yüksək qiymət verildiyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə müəllimlik peşəsinin çox şərəfli və nüfuzlu peşə olduğunu diqqətə çatdırıb, ADNSU-da hər zaman bacarıqlı müəllimlərin çalışdıqlarını xatırladıb.
ADNSU-nun professoru, Milli Məclisin deputatı Hüseynbala Mirələmov peşə bayramları münasibətilə müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Prezidentin fərdi təqaüdünə layiq görülən, ADNSU-nun professoru Kamal Abdullayev göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirərək deyib: “Mən fəxr edirəm ki, bu gün inkişaf etmiş bir ölkədə yaşayıram”.
   Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul olunub.


Tarix: 14-11-2017, 09:57

Xəbəri paylaş