Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı məktəblilər medal qazanıb

    
Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq fənn olimpiadası keçirilib. Olimpiadada Azərbaycan, Türkiyə, Hindistan, Moldova, Rumıniya və digər ölkələr olmaqla ümumilikdə 11 ölkədən 276 şagird iştirak edib. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya fənləri üzrə biliklərini sınayıblar.
  Azərbaycanlı məktəblilər olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri İbrahim Qasımlı gümüş, Ləman Məmmədli bürünc  medal qazanıb.


Tarix: 4-08-2017, 11:33

Xəbəri paylaş