Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BŞTİ-də amerikalı professor və təhsil ekspertləri ilə görüş

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, Corc Vaşinqton Universitetinin nümayəndələri Kara Lesser, Mişel Fever, Kristofer Kros, sözügedən universitetin doktorantı Sevinc Məmmədova və digər şəxslər iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd ümumi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən ibarətdir.
Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qonaqları salamlayıb, Azərbaycanın “ADA” Universitetinin Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərinin fəaliy­yətinə dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib. Təhsildə yeniliyə, islahatlara geniş yer verildiyini bildirən idarə müdiri təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən, məktəb idarəetməsi, müəllim seçimi kimi məsələlərin aktuallığından danışıb. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu da vurğulayıb.
Görüş zamanı qonaqlar paytaxtın bir sıra ümumi təhsil müəssisələrində olduqlarını, yeni təlim üsulları əsasında qurulmuş dərsləri izlədiklərini, tədris ocaqlarında inkişaf meyillərini müşahidə etdiklərini, məktəb rəhbərləri ilə müxtəlif mövzular ətrafında müzakirələr apardıqlarını, eyni zamanda BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını da qeyd ediblər.
Həmçinin, görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutan təhsil proqramları və layihələr barədə söhbət aparılıb.
  Sonda ölkəmizdə həyata keçirilən təhsil siyasəti barədə suallar cavablandırılıb.


Tarix: 4-08-2017, 11:29

Xəbəri paylaş