Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Tərəvəz yeməklərinin hazırlanma texnologiyası”


 

 

Gülsüm İBRAHİMOVA, 

 Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin texnologiya və təsviri

incəsənət müəllimi

 

PLAN

1. Tərəvəzlərdən hazırlanan yeməklər və onların  insan orqanizminə faydaları

2. Motivasiyanın qurulması

3. Qruplara ayırma. Qrup­larda qrup liderlərinin mövzu haqqında məlumatı

4. Sinfin fəallaşmasını təmin etmək

5. İşlərin yerinə yetirilməsinə bələdçilik etmək

6. Mövzu üzrə hazırlanmış məlumatların liderlər tərəfindən təqdimatı

7. Qiymətləndirmə və refleksiya 

8. Qruplararası qalibi seçmək və mükafatlandırmaq

 

 

DƏRSİN PARAMETRLƏRİ

 

1. Dərsin adı (mövzu) - Tərəvəzlərdən hazırlanan yeməklər və insan orqanizminə faydaları 

2. Standartlar: 1.3.1,1.3.2. 

3. Dərsin məqsədi - şagirdləri yaradıcı yanaşmaya  yönəldərək bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi.

4. İnteqrasiya - rəsm, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, tarix və b.

5. Resurslar - əyani vəsaitlər, tərəvəzlər, tərtibatlar üçün müxtəlif vasitələr, video materiallar.

6. Dərsin metodu -  beyin həmləsi, müşahidə, müzakirə.

7. İş forması:- qruplarla iş.

8. Dərsin tipi: Birlik, bacarıq və vərdişlərin kompleks halda tətbiq edilməsi 

 

DƏRSİN MƏRHƏLƏLƏRİ VƏ VAXT BÖLGÜSÜ 

 

Sinfin təşkili - 3 dəq

Motivasiya   - 5 dəq

Tədqiqatın təşkili və aparılması - 15 dəq

Təqdimat     - 12 dəq

Müzakirə     - 10 dəq

Qiymətləndirmə - 5 dəq

            

SİNFİN TƏŞKİLİ 

 

1. Salamlaşma

2. Davamiyyətin yoxlanması 

 

M O T İ V A S İ Y A 

 

“Beyin həmləsi”’ fəal təlim metodundan istifadə edərək mövzu haqqında tam təsəvvür yaratmaq üçün

1. Tərəvəzlər haqqında tapmacalar nümayiş etdirilir.  

2. Masanın üzərinə müxtəlif tərəvəz nümunələri yerləşdiririk. Bu da mövzunun açılmasına bir işarədir.

 

TƏDQİQATIN TƏŞKİLİ VƏ APARILMASI 

 

1. Sagirdlər qruplara bölü­nürlər. Qruplar öz liderini seçirlər.

2. Qruplar  adlarını müəy­yənləşdirirlər.

3. Görəcəkləri işi yerinə yetirmək üçün lazımi ləvazimatları masanın üzərinə yığıb, iş bölgüsü aparırlar.   

4. Salatların hazırlanma texnologiyası və ardıcıllığı müəyyənləşdirilir. 

5. Qrupların marağını dərsə cəlb etdikdən sonra dərsin maraqlı keçməsi, dinləyicilərin yorulmamasını təmin etmək üçün “Texnologiya” ilə musiqini inteqrasiya edərək xalqımızı zəhmətə, əməyə səsləyən vətənpərvərlik ruhunu alovlandıran musiqilərdən istifadə edilir. 

6. Qruplar qazandıqları bilgılər əsasında işə başlayırlar. 

 

I QRUP - NANƏ

*Nanədən hansı yeməklərdə istifadə olunur? 

*Nanədən hazırlanan çayın orqanizmimizə faydaları. 

 

II QRUP - Cəfərİ

 

* Cəfəridən hazırlanan yeməklər və insan orqanizminə faydaları. 

* Cəfəridən hazırlanan çayın faydaları. 

  

III QRUP - ŞÜYÜD 

 

* Şüyüddən hazırlanan yeməklər.

* Şüyüd suyu nə üçün istifadə olunur ? 

 

IV QRUP - reyhan 

 

* Reyhandan istifadə olunan yeməklər. 

* Reyhan kompotu necə hazırlanır? 

 

TƏQDİMAT

1. Hazırlanan tərəvəzlər haqqında maraqlı məlumatlar, onlardan hazırlanan yeməklər liderlər tərəfindən tək-tək təqdim edilir.

2. Liderlərin şərhləri dinlənilir.

3. Qrup üzvlərinin əlavələri dinlənilir.

4. Təqdimat zamanı çıxış edəni və bütün dinləyiciləri   diqqətdə saxlayıb, şərh və dinləmə prosesini izləyirəm.

5. Fikir tamlığı əldə etmək və qaranlıq məqamların aydınlaşdırılması üçün yönəldici suallar verirəm.        

 

Müzakİrə

 

1. Müzakirələr hər təqdimatın davamı olaraq aparılır və təfəkkürün müxtəlif növlərini (məntiqi, tənqidi və yaradıcı) səfərbər edir.

2. Müzakirələrdə qrupların gördüyü işlər təhlil olunur. Müs­bət və mənfi cəhətlər qeyd edilir. 

3. Yönəldici və köməkçi suallardan istifadə edərək əldə edilmiş nailiyyətlərin məqsədyönlü müzakirəsinə kömək edirəm.

4. Müzakirələr tədqiqat sualının cavabının hiss etdirilməsi ilə nəticələnir.                         

5. Qrupların işinin və müəllimin apardığı “açıq dərs”in dərsdə iştirak edən münsiflər heyəti tərəfindən səciyyələndirilməsi.

6. Müzakirələrin nəticələrinə əsaslanaraq qiymətləndirmə aparılır. 

 

QİYMƏTLƏNDİRMƏ VƏ REFLEKSİYA

Qiymətləndirmə müzakirələrin nəticələrinə əsasən aparılmaqla nailiyyətlərin tək­milləşdiril­mə­sinə xidmət edir.

1.Əvvəlcə özünüqiymətləndirmə aparılır. Qruplar və onların üzvləri öz qüsurlarını və nailiyyətlərini aşkar edir, daha uğurlu nəticələrin qazanılmasına nələrin mane olduğunu və nələrin köməklik etdiyi müəyyənləşdirilir.

2.Sonra qruplararası qiymətləndirmə aparılır. Qrup və ya onun üzvləri tərəfindən digər qrupların işləri dəyərləndirilir.

3.Qiymətləndirmənin yekunlaşdırılması və fərqlənən qrupun mükafatlandırılması.

4.“Açıq dərs”in dinləyicilər və münsiflər tərəfindən qiymətləndirilməsi. Qiymətləndirmə şifahi və xüsusi hazırlanmış anket formasında yazılı aparılır.