Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan məktəblilərimiz

 
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış mən­təqələrimizi atəşə tutması nəticəsində Naf­talan şəhərində bütöv bir ailə  həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəl­­lüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.
Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobud­casına pozur.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Er­mənis­tanın təcavüzü nə­­ticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!


Tarix: 26-10-2020, 12:25

Xəbəri paylaş