Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı məktəblilərin növbəti uğuru

 

Makedoniyanın Oxrid şəhərində məktəblilərin 34-cü Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıs­tan və digər Balkan ölkələri ilə yanaşı İngiltərə, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanından şagirdlərinin iştirak etdiyi bu elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib.
Orta yaş həddi 15-dən kiçik olan, yeni formalaşmış komandamız olimpiadada uğurlu nəticə göstərib.
Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilib. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 9-cu sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Anar Abbaslı, Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Mirəli Əhmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Murad Ağazadə olimpiadanın bürünc medalına layiq görülüb.
  Qeyd edək ki, bu şagirdlərin  hər biri  Fizika riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.


Tarix: 6-06-2017, 11:15

Xəbəri paylaş