Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Onlayn intellektual yarışlar davam edir

                             
 

           

1-2 may tarixlərində onlayn   "Fibonacci" və “Nə? Harada?Nə zaman?” intellektual yarışlarının növbəti oyunları keçirilib. 

Mayın 1-də baş tutan  "Fibonacci" oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 132 komanda (təxminən 900 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin komandası tutub ("Eagles" komandası, 58 bal). II-III yerləri isə H.Əliyev adına Müasir Təhsil Kompleksi ("Growth Mindset" komandası, 53 bal) və Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ("Legendary" komandası, 53 bal) komandaları bölüşdürüb.  

Mayın 2-də keçirilən “Nə?Harada? Nə zaman?” yarışında isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 108 komanda (təxminən 650 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin komandası I yerdə qərarlaşıb (24 sualdan 20 düzgün cavab). II-V yerləri isə 17 düzgün cavab ilə  Bakı şəhəri 160, 147, 182 və 61 nömrəli  tam orta məktəblərin komandaları bölüşdürüblər. 

Qeyd edək ki, onlayn formatda məktəblilərarası "Fibonacci” yarışması əsasən VIII-XI, “Nə? Harada?Nə zaman?” yarışması isə V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq. 

Bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


Tarix: 4-05-2020, 19:15

Xəbəri paylaş