Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Orta məktəbin müəllimi dünya çempionu olub





 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurları davam edir.
Bakı Şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu adını qazanıb. O, Qızıl medala layiq görülüb.
Paytaxtdakı 118 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayxan Mansırlı Makedoniyada təşkil olunan 11-ci Avropa Karate Şotokan çempionatında 16-17 yaşlı idmançılar arasında 68 kiloqram çəki dərəcəsində II yeri, 17-18 yaşlı idmançılar arasında isə III yeri qazanıb. Bu münasibətlə şagird Dünya Şotokan Federasiyası tərəfindən gümüş və bürünc medallar, həmçinin sertifikatlarla təltif olunub.
Bakı şəhəri 151 nömrəli tam orta məktəbin IV sinif şagirdi Amin Nəsibov güləş üzrə Rusiyada keçirilən beynəlxalq turnirdə 60 kiloqram çəki dərəcəsində II dərəcəli diploma layiq görülüb.
Növbəti uğurun sahibi 191 nömrəli tam orta məktəbin VII sinif şagirdi Yusif İbrahimovdur. O, Özbəkistanda keçirilən beynəlxalq Taekvando–DO İTF idman növü üzrə açıq çempionatda 11-13 yaşlı idmançılar arasında 42 kiloqram çəki dərəcəsində III yerə layiq görülərək medal və diplomla təltif edilib.


Tarix: 5-12-2019, 15:21

Xəbəri paylaş