Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AZAD ŞUŞAMIZ-AZAD QARABAĞIMIZ!




                   
                                                                                              ...Yurdun sinəsində Şuşa ürəkmiş
                                                                                                Yaşaya bilərmi ürəksiz ölkə?!
 (Məmməd İSMAYIL)

    ...Diz   28 il  idi ki, “Şuşa”  adlı  vətən  torpağımız   erməni  tapdağı  altında   idi.Nəğməkar  Şuşa  28 il   idi ki, susmuşdu, qəm ümmanına   batmışdı. Başı  üzərində   yara   yellər  əsirdi, nə  bülbülü   oxuyurdu, nə  Xarı  bülbülü   çiçək  açırdı  Şuşamızın... 

    1992-ci   ilin   8   mayı   qara    yazıldı  Şuşamızın   taleyinə.Tarixin  dönəmlərində    alınmaz  qala  kimi    məğrur  duran  Şuşa   28 il  öncə   köməksiz, müdafiəsiz  qaldı, erməni   vəhşilərinə  təslim  edildi...

   “Şuşa” deyəndə   qulaqlarımıza  muğam səsi-Xan  əminin, Seyidin  zəngulələri   gəlir, Xarı  bülbül  çilvələnirdi   gözümüz  önündə. ”Şuşa”  deyəndə   milli  sənət  incilərimiz, milli  incəsənətimizin nadir, təkrarsız  nümunələri    şirin  xatirələr  kimi   canlanırdı  xəyalllarımızda...
   
 Şuşa  özünün  özəllikləri   ilə  heç bir  şəhərə,yurd   yerinə  bənzəmir; onun  öz  rəmzləri  var: ən uca   zirvə-Kirs  dağıdır Şuşa; tarixlərə   sinə   gərmiş  Şuşa  qalasıdır   Şuşa; büllur kimi saf sulu   İsa  bulağıdır  Şuşa; qəhrəmanlar  oylağı-Cıdır   düzüdür  Şuşa!..
    
 Şuşasız  yaşamaq  çox ağır dərd idi: bu  həsrət dolu 28 ildə  10   mindən  çox  “şuşalı    yuxular”  gördük: hər gecə  Şuşa həsrəti   didirdi, əzirdi  bizi, ancaq  ümidimizi   itirmirdik-inanırdıq ki,o  xoşbəxt gün-Şuşanın  azadlığı  günü  gələcək....
   
Düz 28 il   Şuşa  xatirələri ilə  təsəlli   tapdıq, sabaha  ümid  edə-edə..Düz 28 il   yuxularımıza   girib həsrət  dolu  baxışları   ilə  bizi çağırdı, kömək  istədi..Şuşa!.
  
Həsrətin  28-ci  ilində   Şuşa  həsrətinə   son   qoymaq  üçün   yola   çıxdı, Ali  Baş  Komandanımız   İlham  Əliyevin  qətiyyətli   siyasi  iradəsi, rəhbərliyi  altında “Qarabağ  Azərbaycandır!” deyərək cəmi  44  günə   işğal  olunmuş   torpaqlarımız  erməni    tapdağından  azad  etdi  rəşadətli  ordumuz!

Ermənilərin  məğlubedilməzliyi  mifinə   son  qoyuldu, 44 günlük müharibə   28   il  həsrətdə  qalan   Şuşanın  azad  edilməsi   ilə  başa  çatdı: 
8   noyabr  2020-ci il   Şuşanın    azadlıq   günü-“Zəfər   günü”   kimi  yazıldı  tariximizə!!!
  
Müzəffər   Ali   Baş  Komandanımız   İlham   Əliyev  bu  misilsiz   qələbəni   sevinclə   xalqa   bəyan  etdi, azad Şuşaya  müraciət   etdi:
  
               Əziz  Şuşa, sən   azadsan! 
             Əziz  Şuşa, biz  qayıtmışıq!
             Əziz  Şuşa, biz səni dirçəldəcəyik!

     Bəli, bu  gün Şuşa   azaddır! “Qarabağın  sənət məbədi”, “Şərqin  konservatoriyası”  Şuşanın   üzü gülür, Xarı  bülbülü  sevinclə   qonaqlarını  salamlayır,İsa  bulağı   saf  suyuna   qonaq  edir   ziyarətçiləri, muğam  sədaları  yayılır   Şuşanın  dumanlı  dağlarına, Xan   əminin  səsi   əks-sda   verir  Cıdır  düzündə:
                                  Şuşanın dağları başı dumanlı,
                                  Qırmızı koftalı, yaşıl tumanlı...
 
                                                   
  Əli   Erkin  Fərid  oğlu,
  Şirvan   şəhər  1 nömrəli  tam   orta  məktəb-liseyin

 X L sinif şagirdi


Tarix: 8-11-2022, 11:05

Xəbəri paylaş