Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimizin VI Meqapolislər olimpiadasında uğur qazanıb





6-13 dekabr tarixlərində Moskvada VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı olimpiadada 32 ölkədən olan 257 iştirakçı bilik və bacarıqlarını sınayıblar. 
 
Riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə hər fəndən 2 nəfər olmaqla ümumilikdə 8 iştirakçı olimpiadada ölkəmizi onlayn təmsil ediblər.  

Məktəblilərimiz 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal qazanıb.  Belə ki, kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medala, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyin XI sinif şagirdi Əli Bağırov, riyaziyyat fənni üzrə Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə, fizika fənni üzrə nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev, informatika fənni üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medala layiq görülüblər. 
 
Bundan əlavə, blits turda Bakı məktəbliləri komanda olaraq üçüncülük yerinin mükafatçısı olub. 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və  “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.


Tarix: 14-12-2021, 16:22

Xəbəri paylaş