Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Böyük Britaniyanın səfiri ilə görüşüb


 

Avqustun 18-də Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Tarix: 18-08-2020, 23:04

Xəbəri paylaş