Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

Pyer və Mariya Kürilər


Pyer Küri (1859-1906) məşhur fransız fiziki, radioaktivlik nəzəriyyəsinin yaradıcılarından biri, 1884-1885-ci illərdə kristalların yaranma nəzəriyyəsini və onlarda simmetrik qanunauyğunluğun izahını vermişdir. 1898-ci ildə həyat yoldaşı Mariya Skladovskaya-Küri ilə yeni radioaktiv elementləri - polonium və radiumu kəşf etmişdir. 1903-cü ildə radioaktivlik sahəsindəki tədqiqatlarına və radiumun kəşfinə görə Nobel mükafatı almışdır.
Mariya Skladovskaya - Küri (1867-1934) Polşa və Fransa fiziki, Varşavada anadan olmuşdur. 1891-1894-cü illərdə Paris Universitetində oxumuşdur. Fizika və riyaziyyat fakültələrini qurtarmağı haqqında iki diplom almışdır. 1895-ci ildə Pyer Küri ilə ailə həyatı qurmuşdur. Birlikdə tədqiqatlar aparmışlar. Əsas işləri radioaktivlik və onun tətbiqlərinə aiddir. 1902-ci ildə bir neçə des­tiqram xalis radium, 1910-cu ildə fizik Deberlə metal radium almışdır. 1903-cü ildə fizika, 1913-cü ildə isə kimya sahəsində iki dəfə Nobel mükafatı almışdır.
Pyer və Mariyanın qızı İren Küri, onun əri Jolio Küri də Nobel mükafatı almışdır. Hətta İren Küri bundan başqa iki dəfə Nobel mükafatını almaq imkanını əldən vermişdir: səbəb öz anasının əsərlərini oxumaması olmuşdur.

***

Ər-arvad Pyer və Mariya Kürilər çox böyük ehtiyac içində ömür keçirmişlər. Bir dəfə onları Parisdə böyük bir qonaqlığa dəvət edirlər. Qonaqlıqda Pyer həyat yoldaşı Mariyanın çoxlu qaş-daş taxmış qadınlara baxdığını görüb və Mariyanın çox sadə geyiminə görə pərt-pərt əyilib yavaşca onun qulağına deyir:
- Əzizim, darıxma, qoy son işlərimizi yekunlaşdıraq, sənə nə qədər desən daş-qaş alacağam.
Xanım Mariya xəfifcə gülümsəyərək deyir:
- Mən o qızıl gümüşün fikrini çəkmirəm, əzizim. Fikirləşirəm ki, bunların qızıl-gümüşünü satsaq, laboratoriyamız üçün bütün avadanlıqları alardın. Bu qızıl-gümüş tamam bəs edər.

***

1903-cü ildə Pyer və Mariya Nobel mükafatı aldıqdan sonra onların dolanışığı bir qədər yaxşılaşır. Bundan sonra Paris Universiteti ona orden verilməsini təklif edir. Pyer Küri bu təklifə cavab olaraq yazmışdır: «Lütfən, cənab nazirə çatdırın ki, mənim ordenə yox, laboratoriyaya ehtiyacım var».

 
KONRAD RENTGEN
(1845-1923)

Alman fiziki və eksperimentatoru. Elmi tədqiqatları elektromaqnetizm, kristallar fizikası, optikaya və molekulyar fizikaya aiddir. Öz adı ilə adlanan Rentgen şüalarını kəşf etmişdir. 1901-ci ildə bu şüaların kəşfi və izahına görə fizika sahəsində ilk Nobel mükafatını almışdır.
Fransız dostlarından biri Rentgendən xahiş edir ki, ona «bir az» şüa göndərsin, döş qəfəsinə baxacaq. Rentgen cavab məktubunda yazır ki, bu saat hazır məhsul yoxdur. Yaxşı olar ki, sən öz döş qəfəsini mənə göndərəsən.

ROBERT VUD
(1868-1955)

Amerika fizik-eksperimentatoru. Konkord şəhərində anadan olub. 1891-ci ildə Harvard Universitetini bitirib. Əsas işləri optik fizikaya aiddir. Optik rezonansı kəşf edib, difraksiya, interferensiya, polyarizasiya, anomal dispersiya sahəsində böyük işlər görmüşdür. Atom və molekul spektri nəzəriyyəsinin yaradıcısıdır. Rumford və Dreper medalları almışdır.

***

  Bir dəfə Con Hopkins Universitetinin müəllimi Robert Vud Baltimor şəhərinin küçələrindən birini qırmızı işıqda keçərkən yaxalanır. Vud məhkəmə qarşısında Dopler effektinə görə çox gözəl izah edir ki,  böyük sürətlə hərəkət etdiyi üçün spektrin bənövşəyi ucuna tərəf qırmızı işığın sürüşməsi baş vermişdir və buna görə də onu yaşıl işıq kimi görmüşdür. Hakim Vuda bəraət vermək fikrində idi ki, Vudun imtahanda kəsdiyi tələbələrdən biri məhkəmə salonunda göründü. Həmin tələbə fənərdəki qırmızı işığın yaşıl işıq kimi görünməsi üçün tələb olunan sürəti hesabladı və bu sürətin saniyədə 300 min km. olduğunu söylədi. «Mərdimazar» tələbənin isbatından sonra professor Vud məsuliyyətdən yaxa qurtara bilmədi. 


Tarix: 31-05-2018, 11:57

Xəbəri paylaş