Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı məktəblilər 23 aprel — Beynəlxalq Uşaq Festivalında

 

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyə Respublikasında keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılıb.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
40 ölkənin qatıldığı festivalda mərkəz üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Səfər çərçivəsində uşaqlar Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı baş nazir uşaq­larla söhbət edib, xatirə şəkili çəkdirib.
Bu il Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyində 40 ölkədən 800-ə yaxın uşaq iştirak edib. Tədbirdə Azərbaycanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu 20 nəfər uşaq və 2 nəfər rəhbər heyətlə təmsil edib.
Aprelin 27-dək davam edən səfər müddətində uşaqlar müxtəlif sərgilərdə iştirak edib, bayram yürüşünə qatılıblar. Eyni zamanda dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” adlı tədbirdə iştirak ediblər.
  23 aprel münasibəti ilə 3 nömrəli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, eləcə də Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən şənliklərə qatılıblar.


Tarix: 10-05-2018, 11:22

Xəbəri paylaş