Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Alimlər unikal ünsiyyət vasitəsi kəşf etdi

  
Alimlər bütün bəşəriyyətin bir-birini başa düşəcəyi yeni, universal ünsiyyət vasitəsi kəşf ediblər.
Harvard Universitetindən olan bir qrup amerikalı alimlər müxtəlif dünya dillərinin möv­cudluğunu bir kənara qoyub, insanların bir-birini daha yaxşı başa düşəcəyi ünsiyyət vasitəsi tapıblar. Onlar iddia edir ki, bəşəriyyət üçün ünsiyyətin ən universal variantı musiqidir.
Araşdırma sosial şəbəkə üzərindən aparılıb. Alimlər dünyanın 60 ölkəsindən 750 internet istifadəçisini bu araşdırmaya cəlb edə biliblər. Həmin şəxslərə təsadüfü seçilmiş kompozisiyalardan musiqi hissələri dinlədilib. Təklif edilən musiqilər isə müxtəlif xalqların mədəniyyətini, milli musiqisini əks etdirib.
İnsanlara hansı janrda musiqi dinləməyi sevirsiniz sualına çox müxtəlif cavablar alınıb. Onların əksəriyyəti öz emosiyalarını təsvir edəcək rəqsə, musiqiyə üstünlük versələr də, hərçənd sözlərdən istifadə edilməyən melodiyaların əksəriyyəti onların xoşuna gəlib.
  Müxtəlif xalqların musiqi janrlarına, melodiyalarına qulaq asan insanlar qeyri-ixtiyari ilk dəfədən bu melodiyanın hansı millətə xas olduğunu dəqiqliklə təyin edə bilib.


Tarix: 6-02-2018, 13:15

Xəbəri paylaş