Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbdə “açıq dərs”

 

“TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin dördüncü mövsümündə Bakıdakı 220 nömrəli inklüziv məktəbdə üçüncü sinif şagirdləri üçün “açıq dərs” keçirilib.
“Açıq dərs” “TOPs” metodikasının inklüziv sinifdə tətbiq olunması, eyni zamanda, bu təcrübənin digər məktəblərdən olan fiziki tərbiyə müəllimlərinə nümayiş etdirmək məqsədi daşıyıb.
Layihənin rəhbəri Vəli Musayev bildirib ki, dördüncü ildir həyata keçirilən proqram əvvəlcə pilot layihə kimi üç məktəbi əhatə edib. Hazırda məktəblərin sayı 150-yə çatıb. Layihə çərçivəsində ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədris metodikası təkmilləşdirilir və ölkənin bütün təhsil ocaqlarında tətbiq oluna biləcək fəal təlim metodu hazırlanır. İnklüziv məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar da bu proqrama qoşularaq fəal idmanla məşğul olmaq, həmyaşıdları ilə birgə yarışmaq imkanı qazanırlar.
“Açıq dərs”də müxtəlif məktəblərin fiziki tərbiyə müəllimləri, valideynlər, Azərbaycanda səfərdə olan “British Council” təşkilatının təhsil və cəmiyyət məsələləri üzrə regional direktoru Riçard Everit iştirak ediblər.
  Qeyd edək ki, “TOPs” layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.шаблоны для dle 11.2