Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi Təhsil Nazirliyində qeyd edilib

 

Mayın 10-da Təhsil Nazirliyi Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Ulu öndərin xatirəsinin hər il böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınması baxımından misilsiz xidmətlərindən danışıb. Firudin Qurbanov ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi yüksək diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının sədri Rauf Orucov, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Əsgər Quliyev ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, təhsil sahəsində islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamlardan, habelə müəllimlərə və gənclərin təhsilinə hər zaman diqqətlə yanaşdığından söz açıblar.
  Sonra Təhsil Nazirliyinin YAP-a yeni üzv qəbul edilmiş əməkdaşlarına partiya biletləri təqdim olunub, partiya sıralarına üzv qəbul olunmaq istəyən digər əməkdaşların müraciəti isə müsbət cavablandırılıb. 


Tarix: 25-06-2018, 12:50

Xəbəri paylaş